“Bayağı yox, tərbiyəsiz” – Elza özündən çıxdı – VİDEO

“Bayağı yox, tərbiyəsiz” – Elza özündən çıxdı – VİDEO

Şou 25.11.2025 15:08 14

“Musiqi bazarı yoxdur, bazar onda olar ki, bəstəkarlardan mahnı alalar. Bazar çoxdan dağıdılıb. “Bayağı” deməzdim, tərbiyəsiz deyərdim. Bayağı onun yanında hörmətli musiqidir”.

Az24.az xəbər verir ki, bunu Əməkdar artist Elza Seyidcahan müasir musiqimizlə bağlı fikirlərini bildirərkən deyib.

“Qara Qarayev bu dəhşəti bilsəydi, bunu “bayağı” adlandırmazdı, başqa termin deyərdi. Çox biabırçı! Tərbiyəsizlikdir. Xalq artistlərini yerindən duran təhqir edirsə və bunun qarşısı alınmırsa, hansı qara siyahıdan danışa bilərəm?

Sənətkarlar pula satılırlar, yalandan tərifləyirlər. Cəsarətləri qalmayıb. Cəsarət bizik. Əzm də bizdədir, sənətimizi qoruyuruq, ailəmizi də saxlayırıq. Həm anayıq, həm övlad, həm də nənəyik. Səhnədə öz yerimiz var, heç vaxt satılmadıq. Bir xalqa musiqidə azadlıq verilirsə, o demək deyil ki, hərc-mərclik olmalıdır. Anam bizə elə tərbiyə verib ki, milyon kişinin içində otura bilərəm, amma mən orda özümü qorumalıyam”.

Reklam