Baş nazir sərəncam imzaladıı
Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər Planı təsdiqlənib.
Az24.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
|
Sıra №-si |
Tədbirin adı |
İcraçı orqanlar |
İcra müddəti |
| 1. | Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ölkənin inkişafı üçün prioritet olan sahələrə aid ixtisaslar üzrə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili | Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | 2025-2030 |
| 2. | Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil proqramlarının xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanması | Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | 2026-2030 |
| 3. | Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində tədris prosesinin beynəlxalq təcrübə nəzərə alınmaqla təşkili | Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | 2025-2030 |
| 4. | Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi çərçivəsində elmi- tədqiqatların, Azərbaycan alimlərinin elmi məqalələrinin nüfuzlu beynəlxalq elmi nəşrlərdə dərcinin təşviq edilməsi | Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | 2026-2030 |
| 5. | Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilən əcnəbi və yerli professor-müəllim heyətinin akademik fəaliyyətinin keyfiyyətinin monitorinqi və tədris prosesinin nəticələrinin qiymətləndirilməsi | Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | mütəmadi |
2
| 6. | Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramları çərçivəsində dövlət vəsaiti və ya öz vəsaiti hesabına təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının sayının illər üzrə proqnozlaşdırılması, proqramların gələcək
dayanıqlılığına dair mexanizmin hazırlanması |
Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | mütəmadi |
| 7. | Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının icrasına, o cümlədən maliyyə vəsaitlərinin xərclənməsinə dair monitorinqlərin keçirilməsi |
Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu |
mütəmadi |
| 8. | Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində əcnəbi professor-müəllim heyətinin təhsil proqramlarının yenilənməsi və təkmilləşdirilməsi işinə cəlb edilməsi | Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | 2026-2030 |
| 9. | Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb ediləcək əcnəbi professor- müəllim heyəti ilə bağlı məlumatların idarə olunması məqsədilə ali təhsil müəssisələri ilə birgə yaradılmış elektron məlumat bazasının yenilənməsi | Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları | mütəmadi |
Reklam
Oxşar xəbərlər
Nadir Hüseynovun ölümü ilə bağlı YENİ DETALLAR
17.12.2025
17:11
Dedim ki, nə qədər qızıl varsa, hamısını verin – Şərurlu İsfəndiyardan MARAQLI AÇIQLAMA
17.12.2025
16:40
Əbülfəs Qarayevin üzr istədi: “Emosional, şəxsi bir düşüncə idi”
17.12.2025
16:08
Kamran Əsədovun məhkəmədən FOTOSU
17.12.2025
16:00
Sabah qaz kəsiləcək – Bu ərazilərdə
17.12.2025
15:43
Audiovizual Şura bu telekanala XƏBƏRDARLIQ ETDİ
17.12.2025
15:33
Moped sürücüləri bu halda həbs olunacaq – XƏBƏRDARLIQ
17.12.2025
15:12