Bank BTB, Yelo Bank və Unibank ən çox şikayət edilən banklar oldu – SİYAHI
Azərbaycan Mərkəzi Bank (AMB) bank xidmətləri bazarında müştəri məmnuniyyətini şikayət indeksi əsasında qiymətləndirib.
AZ24.az xəbər verir ki, bu ilin noyabr ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Bank BTB” ASC olub. Bu bankda şikayət indeksi 5.11-dir.
Növbəti yerləri “Yelo Bank” ASC (2.88) və “Unibank” ASC (2.34) bölüşür.
Ən az şikayət olunan bank 0.31 indekslə “Paşa Bank” ASC-dır. Bu sırada “Bank Respublika” ASC 0.68 indekslə ikincidir.
Cədvəldə yer almayan banklar üzrə ay ərzində AMB-yə şikayət daxil olmayıb.
Şikayət indeksi bankın müştərilərinə təqdim etdiyi xidmətlərin həcmi və əhatə dairəsini nəzərə alaraq, müştəri bazasına nisbətən daxil olan şikayətlərin proporsionallığı əsasında hesablanır.
Şikayət indeksi hər bir bank üzrə şikayətlər üzrə bazar payının müştərilər üzrə bazar payına bölünməsi yolu ilə hesablanır. Bu göstərici vətəndaşların bank seçimi zamanı məlumatlı qərar verməsinə kömək məqsədi daşıyır və aylıq əsasda dəyişə bilər.

Reklam
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti artdı
Rubl bahalaşdı, avro və lirə ucuzlaşdı – MƏZƏNNƏ
Qızıl rekord həddə bahalşdı
Rubl ucuzlaşdı, avro bahalaşdı – MƏZƏNNƏ
Kredit götürməyə tələsməyin – 2026 üçün narahatedici PROQNOZ
Avro bahalaşdı, lirə və rubl ucuzlaşdı
Azərbaycan bu ölkəyə 800 milyon kubmetr qaz satacaq
Avro bahalaşdı,rubl ucuzlaşdı – MƏZƏNNƏ