Bakını tıxacdan xilas etməyin YOLU: Mərkəzi ərazilərə giriş ödənişli olsun
Dünya ölkələrində geniş şəkildə tətbiq olunan ödənişli yol və körpü layihələri son illər nəqliyyatın idarə olunmasında effektiv üsullardan biri hesab edilir. Maraqlıdır, bu təcrübə böyük şəhərlərdə tıxacların qarşısının alınmasına real təsir göstərə bilərmi?
Az24.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, ödənişli yolların effektliyi onların tətbiq edildiyi məkandan asılıdır.
Ekspertin sözlərinə görə, hazırda Bakının daxilində ödənişli yol sistemi mövcud deyil, lakin şəhərdən kənara — magistral yollara çıxışda bu təcrübə qismən tətbiq olunur:
“Bakıdan rayonlara aparan magistral yollarda bəzi ödənişli hissələr var. Məsələn, Bakı–Quba istiqamətində adətən tıxac yaranmır. Sərnişinlər sadəcə daha sürətli və rahat hərəkət üçün bu ödənişli yol hissələrindən istifadə edirlər. Yəni burada tıxac problemini həll etmək məqsədi yoxdur.”
Hüseynli bildirib ki, dünya praktikasında şəhər mərkəzlərinə girişlərdə ödəniş tətbiq olunması tıxacların azalmasında mühüm rol oynayır. Məsələn, Nyu-Yorkun mərkəzi ərazilərinə daxil olmaq üçün sürücülər bəzən saatlıq 15-20 dollar ödəməli olurlar. Bu isə əhalinin ictimai nəqliyyata yönəlməsinə səbəb olur.
Ekspert hesab edir ki, oxşar təcrübə Bakı üçün də tətbiq oluna bilər:
“İçərişəhər, Dənizkənarı Bulvar və “Tarqovi” kimi mərkəzi ərazilərə fərdi avtomobillə girişə saatlara görə ödəniş tətbiq olunarsa, bu, həmin zonalarda nəqliyyat sıxlığını xeyli azaldar.”
Onun fikrincə, düzgün planlama ilə ödənişli giriş sistemi paytaxtdakı tıxac probleminin yumşaldılmasına töhfə verə bilər.
Reklam
Oxşar xəbərlər
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
Metroda məsafəyə görə ödəniş sisteminə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
Saat 15:00-dək sənədləri təqdim etməsələr, ləğv ediləcək – Valideynlərə XƏBƏRDARLIQ
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK