Bakının mərkəzindəki parkinq bağlandı – FOTOLAR

Bakının mərkəzindəki parkinq bağlandı – FOTOLAR

Cəmiyyət 08.12.2025 13:33 31

Səbail rayonunda geniş parkinq ərazisi hasarlanıb.

Prezident İdarəçiliyi Akademiyasının qarşısındakı parkinq zonasına girişə qadağa qoyulub.

Az24.az milli.az-a istinadla xəbər verir ki, metropolitendə görüləcək işlərlə əlaqədar olaraq əraziyə giriş məhdudlaşdırılıb.

Belə ki, plana görə “İçərişəhər” stansiyasının arxasında yeni dönmə kamerası inşa ediləcək. Eyni zamanda bu ərazidə iri yeraltı dayanacaq tikiləcək.

Qeyd edək ki, sözügedən ərazi vaxtilə avtomobillərin səliqəsiz parkinqinə görə əcnəbi bloqerin diqqətini çəkmişdi.

Reklam