Bakının mərkəzində avtomobil yanıb – ANBAAN VİDEO

Bakının mərkəzində avtomobil yanıb – ANBAAN VİDEO

Hadisə 25.12.2025 11:56 10

Bu gün gecə saatlarında paytaxtın Səbail rayonu, Xəqani küçəsində (Sahil bağının yaxınlığında) avtomobillərdən birində yanğın olub.

AZ24.az xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Məlumatda bildirilir ki, dərhal ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik təmin edilib və yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.

Yanğın qısa müddət ərzində söndürülüb.

Reklam