Bakının bu ərazilərində 5 saat işıq olmayacaq
Bakının Biləcəri ETSİ-nə daxil olan ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Az24.az xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb.
Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 3 dekabr tarixində 6 kV-luq “Binəqədi-1” və “Binəqədi-2” hava xətlərində təmir-təftiş və naqillərin yenilənməsi işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Binəqədi kəndi ətrafında yerləşən yeni yaşayış massivləri, 1-ci, 2-ci mədən adlanan yaşayış ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Təmir-təftiş və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda qeyd olunur.
Reklam
Oxşar xəbərlər
Bu xəstələr üçün yeni aptek yaradıldı – FOTO
09.01.2026
17:00
Sabah bu ərazidə qaz olmayacaq
09.01.2026
14:36
Manafdan Rəqsanəyə CAVAB: “Həmin insana ar olsun”
09.01.2026
12:40
Bu ərazilərdə saat 10:00-dan işıq kəsiləcək
09.01.2026
10:00
Yanvar ayının pensiyaları bu tarixdə veriləcək
08.01.2026
18:41
Bu ailələrə 600 manat veriləcək
08.01.2026
11:44
Bu ərazilərdə qaz kəsiləcək
08.01.2026
11:20
Sabah Bakının iki rayonunda qaz olmayacaq
07.01.2026
18:00