Bakıdan Qəbələyə hər gün qatarla gedə biləcəksiniz

Bakıdan Qəbələyə hər gün qatarla gedə biləcəksiniz

Cəmiyyət 15.01.2026 16:19 4

Yeni istifadəyə verilmiş Gəncə-Qəbələ-Gəncə marşrutundan istifadə etməklə hər gün Bakıdan Qəbələyə və əks istiqamətə səfər edə bilərsiniz.

Az24.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, Bakı-Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, saat 11:12-də Gəncə-Qəbələ qatarı ilə Qəbələyə, Qəbələ-Gəncə qatarı ilə isə saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax-Bakı qatarı ilə Bakıya səyahət etmək mümkündür.

Qeyd olunan istiqamətlərlə yanaşı, Bakı-Qəbələ-Bakı marşrutu üzrə ənənəvi qrafiklə şənbə və bazar günləri müntəzəm reyslər təşkil olunur.

Reklam