Bakıda Yeni il yarmarkası fəaliyyətə başladı

Bakıda Yeni il yarmarkası fəaliyyətə başladı

Cəmiyyət 20.12.2025 12:51 5

Bakıda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC təşkilatçılığı ilə sayca 8-ci “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb.

Az24.az xəbər verir ki, yarmarka dekabrın 30-dək davam edəcək.

Ölkənin 35 regionundan gələn 80-ə yaxın fermer, təsərrüfatlarında yetişdirdikləri 140-dan artıq məhsul çeşidini satışa çıxarıb.

Fermerlər burada satış üçün yer, piştaxta, tərəzi və digər lazım olan avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar. Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında yerləşir.

Reklam