Bakıda vəkilə xəsarət yetirdilər – FOTO
Vəkillər Kollegiyasının üzvü Elçin Əhmədov hücuma məruz qalıb.
Az24.az E-huquq.az-a istinadla xəbər verir ki, o, Xətai Rayon Məhkəməsində peşə fəaliyyətini yerinə yetirərkən vəkil kimi çıxdığı cinayət işində qarşı tərəfi təmsil edən şəxs ona hücum edib.
Hadisə nəticəsində E.Əhmədov xəsarət alıb.
Faktla bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Elçin Əhmədovun hücuma məruz qalması ilə bağlı paylaşım edib.
Az24.az xəbər verir ki, Anar Bağırov vəkillə danışdığını bildirib:
“Hörmətli vəkilimiz Elçin Əhmədovla danışdım, hadisənin təfərrüatları barədə ətraflı məlumat aldım. Hazırda məsələ DİN tərəfindən araşdırılır. Vəkilə qarşı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması qaçılmazdır. Məsələni şəxsi nəzarətimdə saxlayacam”.
Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı