Qaradağdakı ağır qəzada ölənlərin sayı 3-ə çatdı – ADLAR – YENİLƏNİB – VİDEO
Qaradağ rayonunda baş verən ağır qəzada ölənlərin sayı üçə çatıb.
AZ24.az milli.az-a istinadən qəzada ölənlərin adlarını təqdim edir:
Bəşirov Taleh Üzeyir oğlu
İsgəndorova Zahidə Tahir Qızı
Cənnət adlı qadın
***
Bu gün Qaradağ rayonunda sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşrut avtobusu qəzaya düşüb.
AZ24.az Milli.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib.
Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza törədib.
İlkin məlumata görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən ikisi ölüb, bir neçə nəfər isə xəsarət alıb.
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.
Reklam
Oxşar xəbərlər
Bərdə və Ağdamda odlu silah alveri edən qrup saxlanıldı – FOTO
Bakının mərkəzində avtomobil yanıb – ANBAAN VİDEO
Avtomobildə yanaraq həyatını itirən 3 yaşlı uşağın FOTOSU
Gəlin qaynının 9 minlik qızılını oğurladı
Rəhman Əsgərova küçə itləri hücum etdi – FOTO
Bakı-Sumqayıt yolunda avtobus yandı – FOTO
Tanınmış alim və pedaqoq vəfat etdi – FOTO