Bakıda şəhidlərin məzarı qarət edilib – VİDEO
Şəhidlər ailələrinə onları xatırladan əşyaları, xalqımıza isə Vətənimizin bütövlüyünü əmanət ediblər. Bu əmanətə sədaqət isə hər birimizin borcudur. Hər şəhid məzarının qarşısında qoyulan güllər də, məzar önünə düzülən şəxsi əşyalar da…
Təəssüf ki, bir şəhidin müharibədə döyüş boyu ayağında olan çəkməsi, kaskası, digər şəhidin isə gitarası məzarının önündən oğurlanıb.
Az24.az Xəzər TV-yə istinala xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında baş verib.
Şəhid Mayor Səyavuş Kəlbalıyevin həyat yoldaşı Pərvanə Kəlbalıyeva deyir ki, hadisə ilə bağlı xəbəri səhər saatlarında alıb. Şəhidin oğurlanan yeğanə əşyaları 4 ildir şüşə qutunun içərisində, məzarın yanında qorunurdu.
Şəhidin yoldaşı deyir ki,Vətən uğrunda canından keçən qəhrəmanların yadigarlarını dağıdaraq oğurlayıb aparmaq hörmətsizlikdir.
Şəhid Fəxri Məmmədovun atası Habil Fəxri deyir ki, hadisəni eşidəndəndən dərin sarsıntı içərisindədirlər: “Balamın əlləri dəyən öz gitarasını, tək təsəllimizi aparıblar”.
Hadisə ilə bağlı DİN-dən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Əməli törədən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı