Bakıda Qərbi Azərbaycan İcmasının beynəlxalq konfransı keçirilir

Bakıda Qərbi Azərbaycan İcmasının beynəlxalq konfransı keçirilir

Siyasət 05.12.2025 09:53 39

Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası ədalətə barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfrans keçirilir.

AZ24.az xəbər verir ki, tədbirin əvvəlində Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub. Ardınca Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib.

Konfransda Ermənistanda azərbaycanlılara məxsus mədəni irsin mövcud vəziyyəti bu irsin qorunması və dirçəldilməsi məsələləri eləcə də qayıdış hüququnun beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi müzakirə olunacaq.

Tədbir çərçivəsində “Qayıdış hüququ və mədəni irs hüquqi və mənəvi əsaslar” “Maddi irs fiziki təməllərin qorunması” “Qeyri maddi irs canlı ənənələrin dirçəldilməsi” və “Beynəlxalq əməkdaşlıq qlobal dəstəyin səfərbər olunması” mövzularında panel sessiyaları keçirilir.

Reklam