Bakıda piyada son anda ölümdən belə qurtuldu – ANBAAN VİDEO

Bakıda piyada son anda ölümdən belə qurtuldu – ANBAAN VİDEO

Cəmiyyət 18.11.2025 10:40 4

Paytaxtda magistral yolda piyada tərəfindən təhlükəli anlar yaşanıb.

Az24.az milli.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər Bakıda qeydə alınıb.

Videoda avtomobil yüksək sürətlə hərəkətdə olarkən, qəfil bir piyadanın yolun ortasına atıldığı görünür. O, həm öz həyatını, həm də sürücünü ciddi təhlükə altında qoyub.

Sürücü son anda ağır qəzanın qarşısını almağa nail olub.

Hadisə avtomobilin videoqeydiyyatçısının kamerasına düşüb və görüntülər izləyicilər arasında geniş müzakirəyə səbəb olub.

Məsələ ilə bağlı sürücülər piyadaların diqqətli olmasını, belə davranışların isə faciəyə gətirib çıxara biləcəyini bildiriblər.

Reklam