Bakıda mənzillərin qiyməti sürətlə bahalaşır – Bu ərazilərdə
Cari ilin noyabr ayında Bakının bütün rayonlarında yeni tikili mənzillərin qiymətlərində ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə edilib.
Az24.az xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.
O bildirib ki, ən yüksək bahalaşma və qiymət səviyyəsi Nəsimi rayonunda qeydə alınıb. Belə ki, həmin rayonda yeni tikili mənzilin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 % artıb. Bu rayon üzrə yeni tikili mənzilin 1 kv.metrinin satış qiyməti 3670 manat təşkil edir.
Yasamal, Nərimanov, Xətai, Səbail rayonlarında da mənzil bazarındakı qiymətlərdə artım müşahidə edilib. Yasamal rayonunda yeni tikili mənzilin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 21,7%(1kv.metr 2961manat), Nərimanov rayonunda 22,2 % (1kv.metr 3888 manat), Xətai rayonunda 19,3 %(1kv.metr 3034 manat), Səbail rayonunda isə 18,4%(1kv.metr 3830manat) artım müşahidə edilib.
Nizami rayonunda köhnə tikili mənzilin 1 kv.metrinin satış qiyməti 2765 manat(16,5% artım), Binəqədi rayonunda 2722 manat(10,1 %artım), Suraxanı rayonunda 2132 manat (10,3% artım), Sabunçu rayonunda 2622 manat (12,1% artım), Qaradağ rayonunda 1739 manat (8,7% artım), Pirallahı rayonunda 1396 manat(7,8% artım), Xəzər rayonunda 2296 manat (7,8% artım) təşkil edib.

Reklam
Oxşar xəbərlər
Afaq Bəşirqızı əməliyyat olundu – FOTO
Tanınmış vəkil qəfil vəfat etdi – FOTO
Sabah Bakıda bu ərazidə qaz kəsiləcək
Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi dəyişdi
Bu küçədə minib-düşmə yeri yaradıldı
Bu şəxslərin məzuniyyət günlərinə əlavələr olunacaq
“Mavi balina” oyunu ilə bağlı valideynlərə CİDDİ XƏBƏRDARLIQ