Bakıda mənzildən 78 minlik oğurluq – VİDEO
Bakının Nizami rayonunda yerləşən evlərin birindən oğurluq edilib.
DİN mətbuat xidmətindən Az24.az-a verilən xəbərə görə, zərərçəkən polisə müraciət edərək naməlum şəxsin mənzilindən içərisində 70 min nağd pul, 8 min manat dəyərində qızıl-zinət əşyaları və şəxsi sənədləri olan seyfinin talandığını bildirib.
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı Məhəmməd Məcid müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxsin ev sahibinin mənzildə olmadığından istifadə edərək içəri daxil olduğu və seyfi oğurladığı məlum olub. Hadisə zamanı saxlanılan şəxsin cinayətin baş verdiyi ünvana gəliş-gedişi təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.
Reklam
Oxşar xəbərlər
7 yaşlı uşaq BIÇAQLANDI
Harutyunyan ömürlük azadlıqdan məhrum edildi
Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü
Tuneldə geriyə hərəkət edən TIR qəzaya səbəb oldu – ANBAAN VİDEO
Müdafiə Nazirliyinin sabiq mayoru həbs edildi
Bakıda ağır qəza ANBAAN GÖRÜNTÜLƏNDİ – VİDEO
BDU-nun tələbəsi faciəli şəkildə öldü – FOTO