Bakıda mal əti adı ilə görün nə satdılar – VİDEO
Yasamal rayonundakı ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız at əti məhsullarının satıldığı aşkarlanıb.
AZ24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə birgə məlumatında bildirilib.
Qeyd edilib ki, qanunsuz fəaliyyətlə məşğul olan iki nəfər – Kamal Əkbərov və Mehman Cəfərov saxlanılıblar. Sexə baxış zamanı 1 tondan artıq qidaya yararsız at əti aşkar olunub.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər mənşəyi məlum olmayan, qidaya yararsız at ətini keyfiyyətli mal əti kimi satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin labaratoriyasına göndərilib.
Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiqlənib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı