Bakıda lombardda 114 nəfərə aid qızıl niyə yoxa çıxdı? – Polis hərəkətə keçdi – VİDEO
Bakıda bir qrup vətəndaş lombard tərəfindən aldadıldıqlarını iddia edirlər.
A24.az Xəzər TV-yə istinadən xəbər verir ki, zərərçəkənlərdən biri – paytaxt sakini Esmira İsmayılova bildirir ki, 2024-cü ilin dekabrında Səbail rayonunun Bayıl qəsəbəsində, Əhəd Yaqubov küçəsi 14-a ünvanında yerləşən lombarda 5 min manat dəyərində qızıl-zinət əşyasını girov qoyub və oktyabr ayınadək mütəmadi ödəniş edib.
Sonuncu dəfə lombarda gedərkən isə ona zinət əşyalarının oğurlandığı deyilib.
Şikayətçinin sözlərinə görə, bu cür zərər çəkənlərin sayı az deyil – təxminən 114 vətəndaşa eyni şəkildə ziyan dəyib.
Başqa bir zərərçəkmiş isə 30 min manatlıq qızılının yoxa çıxdığını iddia edib. Onun bildirdiyinə görə, lombard sahibi qızılların bank tərəfindən mənimsəndiyini söyləyib.
Reklam
Oxşar xəbərlər
7 yaşlı uşaq BIÇAQLANDI
Harutyunyan ömürlük azadlıqdan məhrum edildi
Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü
Tuneldə geriyə hərəkət edən TIR qəzaya səbəb oldu – ANBAAN VİDEO
Müdafiə Nazirliyinin sabiq mayoru həbs edildi
Bakıda ağır qəza ANBAAN GÖRÜNTÜLƏNDİ – VİDEO
BDU-nun tələbəsi faciəli şəkildə öldü – FOTO