Bakıda lombardda 114 nəfərə aid qızıl niyə yoxa çıxdı? – Polis hərəkətə keçdi – VİDEO

Bakıda lombardda 114 nəfərə aid qızıl niyə yoxa çıxdı? – Polis hərəkətə keçdi – VİDEO

Hadisə 15.11.2025 09:21 8

Bakıda bir qrup vətəndaş lombard tərəfindən aldadıldıqlarını iddia edirlər.

A24.az Xəzər TV-yə istinadən xəbər verir ki, zərərçəkənlərdən biri – paytaxt sakini Esmira İsmayılova bildirir ki, 2024-cü ilin dekabrında Səbail rayonunun Bayıl qəsəbəsində, Əhəd Yaqubov küçəsi 14-a ünvanında yerləşən lombarda 5 min manat dəyərində qızıl-zinət əşyasını girov qoyub və oktyabr ayınadək mütəmadi ödəniş edib.

Sonuncu dəfə lombarda gedərkən isə ona zinət əşyalarının oğurlandığı deyilib.

Şikayətçinin sözlərinə görə, bu cür zərər çəkənlərin sayı az deyil – təxminən 114 vətəndaşa eyni şəkildə ziyan dəyib.

Başqa bir zərərçəkmiş isə 30 min manatlıq qızılının yoxa çıxdığını iddia edib. Onun bildirdiyinə görə, lombard sahibi qızılların bank tərəfindən mənimsəndiyini söyləyib.

Reklam