Bakıda dayə çalışdığı evdən 60 minlik qızıl oğurladı – VİDEO
Dayə kimi çalışdığı evdən 60 min manatlıq qızıl oğurlayan şəxsi polis saxlayıb.
AZ24.az xəbər verir ki, paytaxtın Xətai rayonunda talama cinayəti baş verib. Zərərçəkən polisə müraciət edərək evindən 60 000 manat dəyərində qızıl-zinət əşyasının qeyri-aşkar şəraitdə oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla cinayət əməlini törətməkdə şübhəli bilinən 52 yaşlı Mənşurə Əliyeva müəyyən olunaraq tutulub. Araşdırmalarla həmin şəxsin dayə kimi çalışdığı evdən son 3 ay ərzində hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı məlum olub.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.
Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
11.01.2026
15:07
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
11.01.2026
09:42
Sabiq deputat vəfat etdi – FOTO
11.01.2026
09:20
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
10.01.2026
21:56
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
10.01.2026
21:50
Tanınmış alim vəfat etdi – FOTO
10.01.2026
15:14
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
10.01.2026
11:18
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı
10.01.2026
09:45
Həkimin idarə etdiyi maşın kanala düşdü – Ölən var
10.01.2026
09:00