Bakıda D-8 Media Forumu keçirilir
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu öz işinə başlayıb.
“AZ24” xəbər verir ki, tədbir Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilir və forumda D-8-ə üzv dövlətlərin məsul qurumları, aparıcı media strukturlarının rəhbərləri, ekspertlər və yüksək səviyyəli nümayəndələr iştirak edir.
Forum çərçivəsində regional və beynəlxalq informasiya mübadiləsinin təkmilləşdirilməsi, media əməkdaşlığının gücləndirilməsi, dezinformasiyaya qarşı birgə mübarizə mexanizmlərinin yaradılması, həmçinin rəqəmsal media sahəsində birgə layihələrin təşviqi müzakirə olunur. Tədbirdə “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya”, “Strateji kommunikasiya və böhranın idarə olunması” mövzularında panel sessiyalar, eləcə də “Rəqəmsallaşan dünyada media etikası” mövzusunda vörkşopun təşkili nəzərdə tutulub.
Forumda 8 ölkədən və təşkilatın Katibliyindən 71 nəfər olmaqla ümumilikdə 150-yə yaxın nümayəndə iştirak edir. Tədbirin açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.
Prezidentin müraciətində media sahəsində əməkdaşlığın gücləndirilməsinin regional təhlükəsizlik, informasiya təhlükəsizliyi və davamlı tərəfdaşlıq üçün xüsusi önəm daşıdığı vurğulanıb. Forumun bu istiqamətdə yeni təşəbbüslərə yol açacağı gözlənilir.
Reklam
Oxşar xəbərlər
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik