Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN – VİDEO
Bakının Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən yaşayış binasında yanğın baş verib.
AZ24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, Nazirliyin “112” qaynar telefon xəttinə yanğın barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində 17 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb
Yanğın nəticəsində ümumi sahəsi 55 m² olan ikiotaqlı mənzilin eyvanının yanar konstruksiyaları və əşyaları 15 kvadratmetr sahədə yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Reklam
Oxşar xəbərlər
7 yaşlı uşaq BIÇAQLANDI
Harutyunyan ömürlük azadlıqdan məhrum edildi
Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü
Tuneldə geriyə hərəkət edən TIR qəzaya səbəb oldu – ANBAAN VİDEO
Müdafiə Nazirliyinin sabiq mayoru həbs edildi
Bakıda ağır qəza ANBAAN GÖRÜNTÜLƏNDİ – VİDEO
BDU-nun tələbəsi faciəli şəkildə öldü – FOTO