Bakıda bu yolda yeni svetaforlar quraşdırıldı – VİDEO

Bakıda bu yolda yeni svetaforlar quraşdırıldı – VİDEO

Cəmiyyət 29.12.2025 10:15 11

Bakıda daha bir yola yeni svetaforlar qoyulub.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Az24.az-a verilən məlumata görə, paytaxtın Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi ilə Novruzov Qardaşları küçəsinin kəsişməsində nəqliyyat vasitələri və piyadalar üçün növbəli və təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə 4 ədəd dirəkdən ibarət yeni nəqliyyat və piyada svetoforları quraşdırılaraq istifadəyə verilib.

Görülən tədbirlər nəticəsində kəsişmədə yaranan xaotik vəziyyət aradan qaldırılıb.

Reklam