Bakıda bu yolda sürücülər kanalizasiya quyusuna düşür – VİDEO
Kanalizasiya quyusunun qapağının yerindən çıxması sürətli yolda sürücüləri çətin vəziyyətdə qoyub.
Az24.az xəbər verir ki, gecə saatları olduğundan hətta bəzi sürücülər avtomobillər ağzıaçıq quyuya da düşüblər. Hadisə paytaxtın Sabunçu rayonu Böyükşor şossesində baş verib. Hadisə zamanı zərər görən sürücülərdən biri “Xəzər Xəbər”in vatsap qaynar xəttinə müraciət edib. Sürücü Mənsur İsmayılov deyir ki, qaranlıqda ağzıaçıq lüku görmək mümkün olmayıb.
Sürücü onu da əlavə etdi ki, həmin ağzıaçıq quyudan tək o yox, digər hərəkət iştirakçıları da zərər çəkiblər.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, qeyd olunan ünvanda tullantı su quyusunun qapağında nasazlıq yaranıb. Nəqliyyat vasitələri ordan keçən zaman təyziq nəticəsində qapaq yerindən çıxıb. Məsələ gecə saatlarında həll edilib. Tullantı su quyusu yeni qapaqla təmin edilərək problem aradan qaldırılıb.
Sual yaranır, belə olduqda sürücüyə dəymiş ziyanı kim ödəməlidir?
Hüquqşünaslar deyirlər ki, zərərçəkmişlər məhkəməyə müraciət etməklə dəymiş zərəri aidiyyəti qurumdan tələb edə bilərlər.
Az24.az Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Reklam
Oxşar xəbərlər
Sabah Qaradağ rayonunun bu ərazilərində qaz olmayacaq
Ünvanlı sosial yardıma ayrılan vəsait 4 dəfə artırıldı
Naxçıvanın bu ərazilərində işıq olmayacaq
Bu ərazilərə qar yağır – FAKTİKİ HAVA
Qazaxda 1200-dən çox abonentin qazı dayandırılacaq
Adnan Əhmədzadə ilə bağlı QƏRAR VERİLDİ
Bakıda BÖYÜK SÖKÜNTÜ başlayır – 1600-dən çox ev və tikili söküləcək
Azərbaycanda məcburi əsgərlik ləğv edilir? – VACİB AÇIQLAMA