Bakıda bu şadlıq evində yeməklər camış ətindən hazırlanırmış – FOTOLAR
Sabunçuda “Aqat” şadlıq evində istehlakçıların aldadıldığı müəyyən edilib.
Az24.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 18A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağəli Məhəmməd oğlu Axundova məxsus “Aqat” şadlıq evində AQTA əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı şadlıq sarayında qonaqların istehlakına dana əti adı ilə təqdim olunan ətin müvafiq baytarlıq sənədi ilə təmin edilən camış əti olduğu, menyuda bununla bağlı hər hansı bir məlumat verilmədiyi müəyyən edilib.
Qeyd olunur ki, camış əti qida təhlükəsizliyi riski yaratmasa da, bu hal istehlakçıların aldadılaraq hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Həmçinin yoxlama zamanı şadlıq evində soyuq qəlyanaltıların hazırlanması sahəsində işçi masaların səthlərinin tamlığının pozulduğu, mətbəx sahəsində rəflərin korroziyaya uğradığı, eləcə də digər sanitar-texniki və sanitar-gigiyenik nöqsanlar aşkarlanıb.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, müəssisədə hazırlanan yeməklərdən nümunələr götürülərək laboratoriyaya təqdim edilib.
Reklam
Oxşar xəbərlər
Bu xəstələr üçün yeni aptek yaradıldı – FOTO
Sabah bu ərazidə qaz olmayacaq
Manafdan Rəqsanəyə CAVAB: “Həmin insana ar olsun”
Bu ərazilərdə saat 10:00-dan işıq kəsiləcək
Yanvar ayının pensiyaları bu tarixdə veriləcək
Bu ailələrə 600 manat veriləcək
Bu ərazilərdə qaz kəsiləcək



