Bakıda 48 kombi oğurlayan şəxs saxlanıldı
Paytaxtın Qaradağ rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Az24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs bir yarımtikilidən ümumi dəyəri 1400 manat olan inşaat materiallarını hissə-hissə oğurlayaraq satıb.
Qaradağ RPİ 11-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı M.Mahmudov müəyyən olunaraq saxlanılıb. Ondan narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb.
Aparılan araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində yerləşən anbarların birindən 48 ədəd kombi oğurlaması da məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Reklam
Oxşar xəbərlər
Təyyarə qəzasında həlak olanların yaxınları Aktauya getdi – FOTOLAR
20.12.2025
21:31
Sabiq prokuror vəfat etdi – FOTO
20.12.2025
19:15
14 yaşlı qıza əxlaqsız hərəkət edənlər həbs olundu
20.12.2025
17:09
Ramil Saatov faciəli şəkildə vəfat etdi – FOTO
20.12.2025
14:46
“Socar”ın əməkdaşı həbs olundu
20.12.2025
14:16
Bakıda 19 yaşlı gənc öldü – FOTO
20.12.2025
11:50
İtkin düşmüş balıqçılardan digərinin meyiti İranda tapıldı
19.12.2025
20:44
Beyləqanda kanalizasiyaya düşərək ölən azyaşlının FOTOsu
19.12.2025
16:11