Bakıda 200 minlik xına, yarım milyonluq toylar keçirilir – Nazilə Səfərli
Şair Nazilə Səfərli Azərbaycanda, xüsusilə paytaxt Bakıda xına mərasimlərinə sərf olunan fantastik məbləğlərdən danışıb.
Az24.az xəbər verir ki, o, “Öz aramızda” proqramında mövzu ilə bağlı maraqlı açıqlamalar verib.
Şairin sözlərinə görə, hazırda Bakıda keçirilən bəzi xına məclislərinin büdcəsi 200 min manata qədər yüksəlir.
Proqrama qatılan müğənni Kərim Abasov isə şou-biznesdə müşahidə olunan yüksək qonorarlar barədə diqqətçəkən nümunə təqdim edib:
“Bu yaxınlarda bir toy sifarişi gördüm — Mustafa Sandal, Qazaxıstan və Özbəkistan ifaçıları, Azərbaycan Xalq artistləri dəvət olunmuşdu. Mustafa Sandal 1 saatlıq çıxışı üçün 170 min dollar almışdı”.
Sənətçilərin sözlərinə görə, həm toy, həm də xına mərasimlərinə ayrılan büdcələr son illər sürətlə artıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur.
Reklam
Oxşar xəbərlər
Tolik efirə zəng edib Sevinci RÜSVAY ETDİ: Desə lüt gəz, gəzəcəksən?
70 yaşlı Əməkdar artist oğlu ilə görüntüləndi – İLK DƏFƏ
Safurə Əliyeva Cabir İmanovun xanımı ilə FOTOLARINI paylaşdı
Röyanın oğlu 3 nüfuzlu ali məktəbə birdən qəbul olundu
Yıldız Tilbedən illər sonra gələn ETİRAF: Sağ qulağım eşitmir