“Bakı Metropoliteni” aparıcıya vəd olunan maaşı verməyib? – YENİLƏNİB
“Bakı Metropoliteni” QSC aparıcı Nərmin Salmanovaya maaş məsələsində verilən vədin tutulmaması ilə bağlı səslənən iddialara cavab verib.
Qurumdan qeyd olunub ki, sözügedən vəzifə üzrə Bakı Metropolitenində bir sıra namizədlər müsahibəyə dəvət olunub, onlarla görüşlər keçirilib.
Məlumatda qeyd olunub ki, Bakı Metropolitenində vakant vəzifələrə işə qəbul prosesi ədalətli, şəffaf və bütün namizədlər üçün bərabər imkanlar şəraitində aparılır:
“Məlumat üçün onu bildirək ki, sözügedən vəzifə üzrə işə qəbul prosesi vakansiya tələblərinə uyğun namizəd olmaması səbəbindən hazırda dayandırılıb”.
***
“Artıq bir müddətdir “Bakı Metropoliteni” ilə bağlı mənə suallar ünvanlanır. Bildirmək istərdim ki, televiziyadakı fəaliyyətimdən ayrılmağım metropolitenin təklifi fonunda, bu sahədə özümü sınamaq istəyi ilə bağlı oldu”.
Az24.az xəbər verir ki, bunu bir neçə ay əvvəl “Bakı Metropoliteni”nin mətbuat katibi təyin olunan məşhur teleaparıcı Nərmin Salmanova bildirib.
“Bakı Metropoliten” ilə danışıqlar aparsaq da, əməkdaşlıq üçün ilkin mərhələdə razılaşdırdığımız əməkhaqqı şərtlərində dəyişiklik edildi – müqavilədə razılaşdırdığımız məbləğdən fərqli məbləğ göstərildi və buna görə əməkdaşlıq baş tutmadı. Beləliklə, orada çalışdığım barədə yayılan məlumat düzgün deyil. Hazırda müəyyən fasilədən sonra peşəkar planlarımı dəyərləndirirəm”, – teleaparıcı vurğulayıb.
Qeyd edək ki, N.Salmanova əvvəllər CBC Sport və İTV kanallarında aparıcı olub.
Reklam
Oxşar xəbərlər
Afaq Bəşirqızı əməliyyat olundu – FOTO
Tanınmış vəkil qəfil vəfat etdi – FOTO
Sabah Bakıda bu ərazidə qaz kəsiləcək
Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi dəyişdi
Bu küçədə minib-düşmə yeri yaradıldı
Bu şəxslərin məzuniyyət günlərinə əlavələr olunacaq
“Mavi balina” oyunu ilə bağlı valideynlərə CİDDİ XƏBƏRDARLIQ
Bakıda mənzillərin qiyməti sürətlə bahalaşır – Bu ərazilərdə