Bağırsaq sağlamlığı üçün zərərli olan 8 İÇKİ
Ekspertlər bağırsaq sağlamlığına mənfi təsir göstərə biləcək səkkiz içkini sadalayıblar. Onların qiymətləndirməsinə görə, potensial zərər həmin məhsulların tərkibi və mədə-bağırsaq mikroflorasına, eləcə də selikli qişaya təsiri ilə bağlıdır.
Dietoloqlar “Daily Mail”ə verdikləri müsahibədə bildirib ki, söhbət əsasən yüksək şəkər, turşuluq, kofein, spirt, eləcə də süni şirinləşdirici və əlavələr ehtiva edən içkilərdən gedir. Bu komponentlər tez-tez istehlak edildikdə faydalı bakteriyaların balansını poza, selikli qişanı qıcıqlandıra və həzm pozuntularına səbəb ola bilər.
Xüsusilə, meyvə şirəsi şotları yüksək şəkər və turşuluq tərkibi səbəbindən mədə selikli qişasını qıcıqlandıra bilər, eyni zamanda demək olar ki, lif ehtiva etmirlər.
Yulaf südü də diqqətə layiqdir: məhsulun özü zərərli olmasa da, kommersiya variantlarının çoxunda yağlar, qalınlaşdırıcılar və kamedi maddələri var ki, həssas bağırsağı qıcıqlandıra və selikli qişaya zərər verə bilər.
Filtrsiz qəhvə turşuluğu artırır və həzm pozuntularının əlamətlərini gücləndirə bilər.
Süni şirinləşdiricili qazlı içkilər isə bağırsaq mikrobiotasının tərkibinə mənfi təsir göstərə bilər.
Ekspertlər həmçinin spirtli içkiləri, o cümlədən pivəni mənfi faktorlar arasında qeyd ediblər; onlar mikroorqanizmlərin balansını poza və bağırsağın keçiriciliyini artıra bilər.
Şirin içkilər mikrofloranın müxtəlifliyini azaldır və iltihabi proseslərin riskini yüksəldir.
Bundan əlavə, energetik içkilər (kofein, turşular və əlavələr səbəbindən) şişkinlik və ishala səbəb ola bilər.
Süni şirinləşdiricili protein kokteylləri də xüsusilə laktoza dözümsüzlüyü olanlarda həzm pozuntularına yol aça bilər.
Alternativ olaraq, ekspertlər su, şəkərsiz çaylar, ölçülü qəhvə istehlakı və fermentləşdirilmiş içkilər tövsiyə edirlər. Onlar qeyd edirlər ki, balanslı və müxtəlif qidalanma şəraitində şirin içki və spirtin təsadüfi istehlakı ciddi zərər yaratmaz.
Dəniz
Reklam
Oxşar xəbərlər
Evinizdəki mənfi enerjini təmizləyəcək 10 BİTKİ
Vitamin və mineral deposu – ÇAYTİKANI
Qara çörəyin bilinməyən faydaları
Razıyananın İNANILMAZ FAYDALARI
Dırnaqların rəngi ciddi xəstəliklərin xəbərçisi ola bilər
Xroniki yorğunluqdan belə xilas olun
Xərçəng riskini azaltmaq üçün SADƏ VƏRDİŞLƏR
Çörəyi dondurucuda saxlayın – Həkim TÖVSİYƏSİ