“Azəriqaz”dan smart kartlardakı problemlə bağlı AÇIQLAMA
Smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yaranmış problemin qısa müddətdə aradan qaldırılması istiqamətində ciddi işlər aparılır.
Az24.az report-a istinadla xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.
Onun sözlərinə görə, bu il yanvarın 1-dən smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yaranmış problem elə həmin gün saat 20:00-da aradan qaldırılsa da, sistem kütləvi əməliyyatlar aparılması zamanı təkrar xətalarla üzləşib:
“Təqvim ilinin əvvəli olması ilə qədər müraciətlərin sayı da çox olur. Müraciət sayı çox olduğundan yenidən müəyyən xətaların olduğunu aşkar etdik. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi şəkildə işlər aparırlar”.
Reklam
Oxşar xəbərlər
Bu xəstələr üçün yeni aptek yaradıldı – FOTO
Sabah bu ərazidə qaz olmayacaq
Manafdan Rəqsanəyə CAVAB: “Həmin insana ar olsun”
Bu ərazilərdə saat 10:00-dan işıq kəsiləcək
Yanvar ayının pensiyaları bu tarixdə veriləcək
Bu ailələrə 600 manat veriləcək
Bu ərazilərdə qaz kəsiləcək