“Azəriqaz”dan AFEN plazadakı partlayışla bağlı AÇIQLAMA
“AFEN plazada partlayışa səbəb qaz sızmasının olması ilə bağlı iddiaları indidən səsləndirmək hələ tezdir”
Az24.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev deyib.
O qeyd edib ki, bu kimi iddiaların səsləndirilməsi istintaqın gedişinə maneə kimi qiymətləndirilə bilər:
“Səhər saatlarında – təxminən 9-da AFEN plazada partlayış qeydə alındı. Bütün dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq hadisə yerində istintaqa başladı. “Azəriqaz” İstehsalat Birliyi olaraq da əməkdaşlarımız hadisə yerinə ezam olundu və onlar birliyə aid boru xətlərinin təftişi ilə məşğuldurlar. Həmin binaya qazın verilişi təmin olunmayıb. Həmçinin bina yaxınlığından keçən boru xətlərində də hansısa nasazlıqların olduğu iddiaları səsləndirilir. Bu kimi iddialarin səsləndirilməsi tezdir. Hüquq mühafizə orqanları hadisə yerindədirlər, araşdırma aparırlar. İstintaq işləri icra edilir. Ən doğru məlumat istintaqın yekununda açıqlanacaq. Bu baxımdan müxtəlif iddiaların səsləndirilməsi istintaqın gedişinə maneə kimi qiymətləndirilə bilər”.
Reklam
Oxşar xəbərlər
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bir çox yerlərdə məcburi köçürmələr olacaq – RƏSMİ
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR
Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli? – Hüquqi məsləhət
Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
Sulu qar, qar yağacaq – Sabahın havası