“Azercell” abunəçilərinə BƏD XƏBƏR: Xidmətlər bahalaşdı

“Azercell” abunəçilərinə BƏD XƏBƏR: Xidmətlər bahalaşdı

Cəmiyyət 13.01.2026 14:18 11

“Azercell”in ötən il kredit üçün xidmət haqqının artırılması ilə bağlı qəbul etdiyi qərar bu gündən qüvvəyə minib.

Az24.az xəbər verir ki, qərar yanvarın 13-dən etibarən qüvvəyə minib.

Qərara əsasən, bu gündən etibarən 1 manatlıq simkredit üçün 0,30 manat (indiyədək 0,20 manat), 2 manatlıq simkredit üçün 0,60 manat (indiyədək 0,40 manat), 2 manatlıq simtaksit üçün 0,60 manat (indiyədək 0,40 manat), 3 manatlıq simkredit üçün isə 0,90 manat (indiyədək 0,60 manat) xidmət haqqı tətbiq ediləcək.

Eyni zamanda “Simkredit”, “Simtaksit”, “Ekstra kredit” və “İnternet kredit” xidmətləri çərçivəsində göndərilən hər sorğuya 0,12 manat haqq tətbiq ediləcək.

İndiyədək isə SimKredit xidmətindən yararlanmaq üçün göndərilən hər bir SMS-in qiyməti 0.08 manat təşkil edib.(iqtisadiyyat.az)

Reklam