Azərbaycanlı yeniyetmə namaza görə polisi bıçaqladı – ANBAAN VİDEO
16 yaşlı Hüseyn Hacıyev adlı azərbaycanlı Orexovı bulvarında yerləşən “Moskva” ticarət mərkəzində mühafizəçini bıçaqlayıb.
Az24.az xəbər verir ki, hadisənin baş verdiyi gün H.Hacıyev saxlanılıb. O, saxlanılan zaman iki polis əməkdaşını da bıçaqla yaralayıb.
Məlum olub ki, sözügedən azərbaycanlı ticarət mərkəzində uşaq və qadınlar üçün ayrılmış otaqda namaz qılıb. Bu zaman mühafizəçi ona irad bildirib. Hüseyn namazını qılıb çölə çıxan kimi ilk gördüyü mühafizəçini bıçaqlayıb.
Mühafizəçi xilas edilib və ona dərhal tibbi yardım göstərilib.
Moskva İstintaq Komitəsi ağır cinayətlərdə şübhəli bilinən Moskva Elektromexanika və İnformasiya Texnologiyaları Kollecinin 1-ci kurs tələbəsinə qarşı cinayət işi açıb.
Hazırda Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin Cinayət Axtarış İdarəsinin və Ekstremizmə Qarşı Mübarizə Mərkəzinin (MSM) müstəntiqləri və əməliyyatçıları cinayətkarın əlaqə dairəsini yaradırlar. Hacıyevin Moskva vilayətində törədilmiş digər cinayətlərdə də əli olub-olmaması araşdırılır.
Belə ki, həbs edildikdən sonra onun İŞİD-ə sədaqət andı içdiyi məlum olub. (unikal)
Reklam
Oxşar xəbərlər
Arvadını bıçaqlayıb Çinə qaçan ər tutuldu
Bakıda SSRİ bayrağı qaldıranlar həbs olundu – VİDEO
Terrorçuluğun maliyyələşdirilməsinə görə üç nəfərə ağır cəza verildi
Bakıda fəvvarələr meydanında yanğın söndürüldü – YENİLƏNİB
Toy yasa döndü: Kişi oynadığı yerdə öldü
Bakıda toyda TƏHLÜKƏLİ ANLAR – Qonaqlar təxliyə olundu
Evdə yemək tapmayan ər arvadını və onun ailəsini bıçaqladı