Azərbaycanlı politoloq 35 il sonra ABŞ-da tələbə yoldaşını tapdı – FOTO

Azərbaycanlı politoloq 35 il sonra ABŞ-da tələbə yoldaşını tapdı – FOTO

Cəmiyyət 15.11.2025 10:55 4

ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu 35 il sonra Nyu-Yorkda tələbə yoldaşı ilə qarşılaşıb.

Az24.az xəbər verir ki, politoloq bununla bağlı sosial şəbəkədə paylaşım edib

Politoloq yazıb:

“Borislə 6 il tələbə yoldaşı olmuşuq, elə sonuncu dəfə də o zaman gördüyüm idi. 1990-cı ilin iyulunda – buraxılış günü. Hazırda Sankt-Peterburqda çalışır, tibb elmləri doktorudur. Ağla gəlməyən təsadüf nəticəsində bu dəfə Nyu-Yorkda rastlaşdıq. Düz 35 il sonra. Xeyli söhbət etdik, mən ona formada olmasına görə tərif dedim, o da mənə yaddaşıma görə. Dünya həqiqətən çox kiçik imiş”.

Reklam