Azərbaycanlı milyarderin külli miqdarda vergi borcu var
Azərbaycanda qida və aqrar sektorunda fəaliyyət göstərən “Aznar” QSC-nin (Teymur Əhmədovun adını daşıyır) dövlət qarşısında külli miqdarda vergi borcu üzə çıxıb.
Az24.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.
Məlumata görə, “Aznar” QSC-nin 9 saylı Ərazi Vergilər İdarəsinə 419 831.66 manat vergi borcu mövcuddur.
Qeyd edək ki, “AzNar” QSC-nin nizamnamə kapitalı 149 987 312 manatdır, majoritar səhmdarı Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov, hazırda qanuni təmsilçisi isə Natiq Hüseynovdur. “AzNar” QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur.
Teymur Əhmədov adına “AzNar” QSC “Grante” ticarət nişanı ilə meyvə və giləmeyvə şirələri, kampotlar və narşərab istehsal edir.
Reklam
Oxşar xəbərlər
Avro ucuzlaşdı, rubl bahalaşdı – MƏZƏNNƏ
Avro və rubl ucuzlaşdı – MƏZƏNNƏ
Qızılın qiyməti tarixi rekorda yüksəldi
Avro və rubl bahalaşdı – MƏZƏNNƏ
Avro ucuzlaşdı, rubl bahalaşdı – MƏZƏNNƏ
Avro və rubl bahalaşdı – MƏZƏNNƏ
Qızıl rekord həddə bahalaşdı
Lirə və avro ucuzlaşdı – MƏZƏNNƏ