Azərbaycanlı gənc Albaniyada faciəli şəkildə öldü – VİDEO

Azərbaycanlı gənc Albaniyada faciəli şəkildə öldü – VİDEO

Dünya 08.12.2025 19:12 28

11:50

Albaniyanın Dürres limanında Azərbaycan vətəndaşı olan gənc dənizçi ölüb. Hadisə gəmidə yük boşaldılması prosesi zamanı baş verib.

AZ24.az Bakupost.az-a istinadən xəbər verir ki, 25 yaşlı dənizçi Əvəz Cəfərov Panama bayrağı ilə üzən buğda daşıyan “Kybele” gəmisində elektriklə işləyərkən onu cərəyan vurub. Hadisə yerli vaxtla dünən saat 17:50-də baş verib. Dərhal Dürres Regional Xəstəxanasına çatdırılan dənizçinin həyat əlamətləri olmadığı üçün həkimlərin müdaxiləsinə ehtiyac qalmayıb.

Polis əməkdaşları hadisənin tam təfərrüatını araşdırır. Məlumatda bildirilir ki, gənc dənizçinin ölüm səbəblərinin dəqiq müəyyən olunması üçün istintaq aparılır.

***

24 yaşlı Əvəz Alim oğlu Cəfərov Biləsuvar rayonundandır. O, Dənizçilik Akademiyasını elektrik mühəndisi ixtisası üzrə bitirmişdi.

Meyit hələ Azərbayana gətirilməyib.

Reklam