Azərbaycanlı deputatın bibisi həbs olundu – FOTO
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyi bölgələrdə keçirdiyi əməliyyatlar çərçivəsində 5 vəzifəli şəxsi korrupsiya ittihamı ilə həbs edib.
Az24.az qafqazinfo-ya istinadən xəbər verir ki, həbs edilənlər arasında Marneulidəki 4 saylı orta məktəbin direktoru Dilara Darğallı da var. Onun vətəndaşdan 300 dollar rüşvət tələb etdiyi iddia olunub.
Gürcüstan DTX-nin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze həbslərlə bağlı açıqlama verib. O, faktlarla bağlı Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə istintaq aparıldığını deyib.
Qeyd edək ki, Dilara Darğallı Gürcüstan parlamentinin azərbaycanlı deputatı Zaur Darğallının bibisidir.

Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
12.01.2026
23:42
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
12.01.2026
22:32
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
12.01.2026
19:00
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
12.01.2026
18:37
Baş nazir qərar imzaladı
12.01.2026
18:14
Sabah bu ərazilərdə qaz olmayacaq
12.01.2026
17:32
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
12.01.2026
16:39