Azərbaycanlı aktyor qəzaya düşdü – FOTOLAR

Azərbaycanlı aktyor qəzaya düşdü – FOTOLAR

Hadisə 30.11.2025 16:14 98

Aktyor Ruslan Sabirli Qazaxıstanda avtomobil qəzasına düşüb.

Az24.az xəbər v erir ki, bu haqda aktyor özü məlumat yayıb.

O bildirib ki, qəza zamanı xəsarət almayıb:

“Demişdim sizə, Qazaxıstanda gecə trasla maşın sürmək təhlükəlidir. Bu da nəticə: qarşıdan gələn avtomobil uzaq işıqlarını yandırıb deyə sürücümüz yola qəfil çıxan 2 atı görə və vaxtında reaksiya verə bilməyib. Şükür salamatlıqdır. Burada at əti yeyilir deyə, əksəriyyət at saxlayır və onlar sürü ilə gecələr çöldə gəzirlər. At oğurlamağa görə böyük cərimə olduğu üçün at sahibləri rahatdırlar. Təhlükə isə ondan ibarətdir ki, atlar sürətlə qəfil yola çıxırlar və digər heyvanlardan fərqli olaraq onlar işığa, yəni maşının işığına qaçırlar”.

Dəniz

Reklam