Azərbaycanın keçmiş baş naziri 29 il sonra görüntüləndi – FOTO
Azərbaycanın sabiq Baş naziri Fuad Quliyev 29 ildən sonra ilk dəfə ictimaiyyət arasında görünüb.
Az24.az xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, Bakının Təzə Pir məscidində Azərbaycanın tanınmış jurnalisti, “Euronews” telekanalının müxbiri Emin İbrahimovla vida mərasiminə qatılıb.
84 yaşlı F.Quliyev yaşına baxmayaraq gümrah görünür. Əldə etdiyimiz məlumata görə, keçmiş Baş nazir və həyat yoldaşı Bakı kəndlərindən birində bağ evində yaşayır. O, keçmiş iş yoldaşları, dostları ilə görüşür, yas, toy mərasimlərinə qatılır.
Məlumata görə, F.Quliyevin 2 övladı var və onlar hazırda ABŞ-da yaşayırlar. Amma vaxtaşırı Bakıya gələrək valideynlərinə baş çəkirlər.

Qeyd edək ki, Quliyev Fuad Xəlil oğlu 1941-ci il iyulun 6-da Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda ali təhsil alıb.
Sovet dövründə müxtəlif vəzifələrdə işləyib, o cümlədən “Bakı kondisionerləri” zavodunun direktoru olub.
1994-1995-ci illərdə Baş nazirin birinci müavini, 1995-ci il mayın 2-dən 1996-cı il uyulun 20-dək Baş nazir vəzifəsində çalışıb. Birinci çağırış (1995-2000) Milli Məclisin deputatı olub.
F.Quliyev vəzifədən getdikdən sonra heç vaxt müsahibə verməyib, rəsmi və başqa formatlarda keçirilən tədbirlərə qatılmayıb.

Reklam
Oxşar xəbərlər
“Velizar” illər ərzində belə DƏYİŞDİ – VİDEO
Magistraturaya qəbul imtahanı bu tarixdə olacaq
“Epşteyn sənədləri”ndə 2 azərbaycanlının da adı var – Biri keçmiş nazir, biri deputatdır – FOTO
Yaxın günlərdə qar və çovğun olacaq? – Rəsmi
Bu ərazilərdə su kəsildi
Avtobus idarə edəcək qadın sürücülərin sayı ARTIRILIR
Şaxta olacaq, yollar buz bağlayacaq – PROQNOZ