Azərbaycanda yas mərasimində 23 qadın dəm qazından zəhərləndi – YENİLƏNİB
Dəm qazından zəhərlənənlərin hamısı qadındır.
“Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsinə 23 nəfər dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub. Daxil olanlar arasında səkkiz nəfərdə dəm qazına xas olan əlamətlər müşahidə edilib”.
AZ24.az xəbər verir ki, bu sözləri APA-nın yerli bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili tibbi yardım şöbəsinin həkimi-infektsionisti Tahirə Məmmədova deyib.
Həkim qeyd edib ki, xəstələrə ilkin tibbi yardım göstərilmiş və uzun müddət müşahidə altında saxlanılıb: “Müraciət edənlərin hamısı qadın olub. Xəstələrin vəziyyəti stabil olduqdan sonra evə buraxılıb. Hazırda stasionarda yerləşdirdiyimiz xəstə yoxdur”.
***
Naxçıvan Muxtar Respublikasında (MR) 20-dən çox şəxs yas mərasimində dəm qazından zəhərlənib.
AZ24.az “Report”a istinadən xəbər verir ki, hadisə Babək rayonunun Kültəpə kəndində baş verib.
İlkin məlumata görə, 20-dən çox şəxs dəm qazından zəhərlənib. Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib, müalicələri davam etdirilir.
Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı