Azərbaycanda vəzifəli şəxsin kabinetinin tavanı başına uçdu, xəsarət aldı – FOTO
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov kabinetində tavanın uçması nəticəsində xəsarət alıb.
Az24.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, hadisə 3 noyabr 2025-ci il tarixində gimnaziyanın inzibati binasının 1-ci mərtəbəsində, direktorun iş otağında baş verib.
Nizami Əhmədov otağında olarkən tavan qoparaq üzərinə düşüb. Nəticədə məktəb direktoru baş, boyun və əl nahiyələrindən ciddi xəsarətlər alıb. Eyni zamanda, otaqda olan gimnaziyanın fiziki tərbiyə müəllimi İ.Ə.-də yaralanıb.
Hər iki şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Hadisə nəticəsində otağa da ciddi maddi ziyan dəyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti hadisəyə görə Nizami Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə protokol yazıb və direktor 1000 manat cərimə edilib. Buna səbəb isə məktəb rəhbərliyinin hadisə ilə bağlı müvafiq qurumlara məlumat verməməsi olub.
Direktor məhkəməyə müraciət edərək, nazirlik tərəfindən tətbiq olunan protokolun ləğv edilməsini tələb edib. O bildirib ki, hadisə ilə bağlı təcili tibbi yardıma və Daxili İşlər Nazirliyinə dərhal məlumat verilib. Müvafiq qərarla nazirliyin direktor barəsində protokolu ləğv olunub.

Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı