Azərbaycanda “Lexus” kanala aşdı, 5 nəfər öldü – ADLAR (YENİLƏNDİ)

Azərbaycanda “Lexus” kanala aşdı, 5 nəfər öldü – ADLAR (YENİLƏNDİ)

Hadisə 07.12.2025 11:10 581

Az24.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin kimliyi məlum olub.

Belə ki, qəza zamanı sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli, 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə hadisə yerində, 2003-cü il təvəllüdlü sürücü Vasif Həsənli isə aparıldığı xəstəxanada vəfat edib.

Məlumata görə, Rusif və Vasif Həsənli qardaşdır.

***

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Az24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində olub.

Belə ki, axşam saatlarında yolda idarəetmədən çıxan “Lexus” markalı minik avtomobili kanala aşıb.

Qəza nəticəsində maşında olan 5 nəfər suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Reklam