Azərbaycanda kişinin meyiti qardaşının həyətindən tapıldı

Azərbaycanda kişinin meyiti qardaşının həyətindən tapıldı

Hadisə 22.11.2025 21:03 36

Qazaxda evin həyətində kişi meyiti tapılıb.  

AZ24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qaymaqlı kəndində qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Əhmədov Ənvər İmran oğlunun meyiti həmin kənddə qardaşına məxsus evin həyətində, ağaclıq ərazidə tapılıb. Mərhumun hansı səbəbdən ölməsi bəlli deyil.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.

Reklam