Azərbaycanda həbsdə olanlar üçün VACİB XƏBƏR: Hər il 1500 məhkum…
“Cəzaçəkmə müəssisələrində olan şəxslər də icbari tibbi sığortadan yararlana biləcək”.
Az24.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, “Tibbi sığorta haqqında” Qanununa edilən dəyişikliklər nəticəsində sığortaolunan şəxslərin əhatə dairəsi genişlənib:
“Belə ki, artıq həbs edilmiş, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) də icbari tibbi sığorta hesabına tibbi xidmətlərin göstərilməsi təmin edilir. Ədliyyə Nazirliyinin zəruri avadanlıq və mütəxəssisi olmadığı hallarda, xidmətlər icbari tibbi sığorta hesabına təmin olunacaq. Bu mexanizm çərçivəsində ildə təxminən 1500 nəfərə qədər şəxsin tibbi xidmətlərlə əhatə olunması planlaşdırılır. Bunun üçün 200 min manatadək maliyyə vəsaiti ayrılıb”.
Sədr həmçinin vurğulayıb ki, Agentlik Azərbaycan vətəndaşlarının, qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərin icbari tibbi sığortadan yararlanmasını təmin edir.
Reklam
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq – XƏBƏRDARLIQ
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat pul alacaq
Onlara işıq pulunda güzəşt edilə bilər
Əli Əsədov sərəncam imzaladı
Uşağın anadan olmasına görə müavinəti necə almaq olar?
Sabah bu ərazidə su kəsiləcək – XƏBƏRDARLIQ
Yanvar ayının pensiyaları niyə artımla ödənilmədi? – AÇIQLAMA
Bu ərazilərdə qaz kəsiləcək