Azərbaycanda gəmi kapitanı və daha 2 nəfər həbs olundu
Azərbaycanda siqaret qaçaqmalçılığında ittiham edilən daha 3 nəfər həbs edilib.
Az24.az xəbər verir ki,, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi üzrə siqaret qaçaqmalçılığı ilə bağlı axtarışda olan şəxslər – gəmi kapitanı Elşən Əhmədov, matros Amid Sayılov və mexanik Elçin adlı şəxs hava limanında saxlanılıblar. Onların barəsində həbs qətimkan tədbiri seçilib.
Həmin şəxslərin “RR Caspi” MMC-nin işçiləri olduğu bildirilir.
İttihama görə, onlar qaçaqmalı Ələt qəsəbəsində yaradılmış yanalma körpüsünə gəmi ilə gətirib, orada 3 yük maşınına yükləyiblər. Gəminin də “RR Caspi” MMC-yə məxsus olduğu bildirilir.
Onlara Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 ve 213-1.2.3 cu maddələri üzrə ittiham elan olunub.
İş üzrə, həmçinin Səmayə Co LTD MMC, Səmayə logistic MMC-nin adları da keçir.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işi üzrə bir qədər əvvəl Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin bölmə rəisi və bölmənin nəzarətçisi də saxlanılıb. Kapitan Vüsal Sadıqov və nəzarətçi barəsində qətimkan tədbirləri seçilib. (APA)
Reklam
Oxşar xəbərlər
Nadir Hüseynovun sükan arxasında ürəyi dayanıb
DİN əməliyyat keçirdi – 47 kq narkotik ələ keçirildi
Bakıda 46 yaşlı müəllim vəfat etdi – FOTO
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Bakıda tələbə faciəvi şəkildə öldü – FOTO
Xəstə uşaqların şəkillərini paylaşıb, 200 min manat yığdı, özü üçün xərclədi – VİDEO
Zakir Qaralova AĞIR İTKİ
Biləsuvarda qadınının ölümünə görə gəlini və onun qardaşı saxlanıldı