Azərbaycanda bu universitet ləğv olunur – İDDİA
Naxçıvan Muxtar Respublikasının ali təhsil sistemində genişmiqyaslı struktur dəyişikliyi müzakirə olunur. Müzakirələr fonunda Naxçıvan Müəllimlər İnstitutunun bağlanacağı barədə xəbərlər yayılıb.
Az24.az modern.az-a istinala xəbər verir ki, ali təhsil ocağının ləğv ediləcəyi və Naxçıvan Dövlət Universitetinin tərkibinə veriləcəyi iddia edilir.
İnstitutda fəaliyyət göstərən müəllim və tələbələrin də Naxçıvan Dövlət Universitetinə köçürüləcəyi qeyd olunur.
Müzakirələrdə əsas arqument kimi Naxçıvanda təhsil infrastrukturunun optimallaşdırılması göstərilir. Qeyd edək ki, hazırda Naxçıvan Müəllimlər İnstitutunda 1200-ə yaxın tələbə var.
Bildirilir ki, Muxtar Respublikada fəaliyyət göstərən iki ali təhsil müəssisəsinin eyni profilli kadr hazırlaması resursların bölünməsinə səbəb olur. Buna görə də ali təhsil müəssisələrinin birləşdirilməsi ən optimal variant kimi qiymətləndirilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılıb. 2003-cü ildə ali təhsil ocağı müstəqil instituta çevrilib.
Universitetə ötən ilədək Azad Novruzov rəhbərlik edib. Onun Ali Məclisə deputat seçilməsindən sonra yerinə təyinat olmayıb. Universitetin 1 ildən artıqdır rektorsuz fəaliyyət göstərməsi onun ləğv ediləcəyi barədə iddiaları daha da gücləndirib.
Xatırladaq ki, Naxçıvanda ötən il daha bir universitet bağlanıb. Belə ki, 2024-cü il sentyabrın 3-də özəl universitet ləğv olunduğunu elan edib.
Reklam
Oxşar xəbərlər
Uşaqları tez qocaldırlar – Elza ÜSYAN ETDİ
Deputatdan AÇIQLAMA – Videodakı mənim qızım deyil
ATV-yə BU KADRLARA görə xəbərdarlıq edildi – VİDEO
Penitensiar Xidmətin şöbə rəisi işdən qovuldu
ATV-yə XƏBƏRDARLIQ EDİLDİ
Bu yolda yeni radar quraşdırıldı – VİDEO
General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
Günay Ağamalının qızının ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO