Azərbaycanda böyrək almış orqan taciri saxlanıldı
Polşa sərhəd xidmətləri Qazaxıstanda insan orqanlarının ticarəti ilə məşğul olmaq və 56 böyrək satmaqda iştirakına görə 12 il həbs cəzası almış ukraynalı qadını Interpol-un qırmızı bildirişi əsasında saxlayıb.
Az24.az xəbər verir ki, 35 yaşlı Ksenia P. Polşa-Ukrayna sərhədində dəmir yolu keçid məntəqəsində tutulub. Qadın 2017-2019-cu illərdə beynəlxalq təşkilatlanmış cinayətkar qrupun üzvü olaraq bir neçə ölkədə qanunsuz böyrək satışı ilə məşğul olub.
Polşadakı məhkəmə qadının Qazaxıstana ekstradisiya edilməsi üçün müvəqqəti həbs qərarı çıxarıb.
2017-ci ilin iyul ayından 2019-cu ilin yanvar ayına qədər qadın “qara bazar”da yenidən satış üçün Qazaxıstan, Ermənistan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Tailand və Özbəkistanda qanunsuz olaraq insan böyrəkləri alıb.
Dəniz
Reklam
Oxşar xəbərlər
“Kurtlar Vadisi”nin aktyoru tanınmaz halda – FOTO
Ronaldodan sevgilisinə sərvət dəyərində hədiyyə
“Fənərbağça”nın prezidenti saxlanıldı
Faiq Əliyev barəsində çıxarılmış hökm ləğv edildi
Türkiyədə yenə xeyli məşhur saxlanıldı – Narkotikə görə
Cabir Abdullayevin meyiti tapıldı – Araşdırma başladı