Azərbaycanda binanın döşəməsi çökdü, yaralılar var – Hadisə yerindən görüntülər
Goranboyda yaşayış binasının çökməsi nəticəsində xəsarət alan şəxslərlə bağlı Goranboy Rayon Mərkəzi Xəstəxanası rəsmi açıqlama yayıb.
Xəstəxanadan “Unikal”a verilən məlumata görə, 23 noyabr 2025-ci il saat 06:20 radələrində baş verən hadisədən sonra 4 nəfər (3-ü qadın, 1-i kişi) müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya hospitalizasiya olunub.
Yaralılara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub. Hazırda onların müalicəsi Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.
Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında uçqun baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Az24.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aran Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, beşmərtəbəli 60 mənzildən və 6 girişdən ibarət yaşayış binasının 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçduğu müəyyən olunub.
FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində 4 nəfər yüngül xəsarət alıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
Goranboyda yaşayış binasının döşəməsin çökməsi zamanı xəsarət alanların adları məlum olub.
Az24.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar bina sakinləri 1951-ci il təvəllüdlü S.Süleymanova və 1966-cı il təvəllüdlü S.Məmmədovadır.
Hazırda xəsarət alan hər iki şəxsin müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
***
Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində döşəmənin çökməsi hadisəsi baş verib.
Az24.az “Unikal”a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Goranboy Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nəzərov bildirib ki, baş verən insidentdən sonra zəruri təhlükəsizlik tədbirləri görülüb.
Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sözlərinə görə, binada yaşayan 60 ailə təhlükəsiz yerə təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.





Reklam
Oxşar xəbərlər
Arvadını bıçaqlayıb Çinə qaçan ər tutuldu
Bakıda SSRİ bayrağı qaldıranlar həbs olundu – VİDEO
Terrorçuluğun maliyyələşdirilməsinə görə üç nəfərə ağır cəza verildi
Bakıda fəvvarələr meydanında yanğın söndürüldü – YENİLƏNİB
Toy yasa döndü: Kişi oynadığı yerdə öldü
Bakıda toyda TƏHLÜKƏLİ ANLAR – Qonaqlar təxliyə olundu
Azərbaycanlı yeniyetmə namaza görə polisi bıçaqladı – ANBAAN VİDEO