Azərbaycanda benzin bahalaşır? – Tarix verildi
Azərbaycanda 2026-cı ildə benzinin bahalaşacağı ilə bağlı xəbərlər yayılıb. Mütəxəssislər buna səbəb kimi həm qlobal enerji bazarındakı dəyişiklikləri, həm də yerli istehsal xərclərini əsas göstərirlər.
Yeni ildən benzin qiymətləri bahalaşacaq?
AZ24.az xəbər verir ki, Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib ki, yanacağın qiymətini əsasən Tarif Şurası (TŞ) tənzimləyir:
“Ölkədə qiymətlər azad rəqabət şəraitində tələb və təklif əsasında formalaşmır. Qiymət dəyişikliyi yalnız TŞ-nın və ya SOCAR-ın müvafiq qərarı ilə mümkün olur. Hazırda bununla bağlı konkret proqnoz vermək mümkün deyil. Dünyada neft qiymətlərinin azalması, emal xərclərinin artması və texnologiyaların yenilənməsi benzinin qiymətinə müəyyən təsir göstərə bilər. Lakin dəqiq qiymət artımı ilə bağlı fikir bildirmək doğru deyil”.
İqtisadçı qeyd edib ki, qiymətlər ölkədə inzibati qaydada müəyyənləşdirilir:
“Hazırda belə qərar üçün hər hansı əsas müşahidə edilmir. Bundan başqa, yanacaq bazarında istənilən dəyişiklik sosial və iqtisadi təsirlər nəzərə alınaraq həyata keçirilir. Qiymət artımı olacağı təqdirdə, bunun mərhələli və nəzarətli şəkildə tətbiqi gözlənilir”.
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq