Az24.az xəbər verir ki, Ajans.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanda nəqliyyat vasitələri üçün yeni dövlət qeydiyyat nişanları hazırlanıb. Yeni standartlara əsasən, artıq region kodu 2 yox, 3 rəqəmli olacaq. Ümumilikdə isə nömrədə 6 rəqəm olacaq.
• ilk 3 rəqəm — region kodu,
• ardınca gələn 2 hərf — nəqliyyat vasitəsinin seriyası,
• son 3 rəqəm isə — nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini ifadə edəcək.